Bank Of Baku

Bakıda 1 099 istixananın qaz təchizatı ilə bağlı müqavilə bağlanıb

Bakıda 1 099 istixananın qaz təchizatı ilə bağlı müqavilə bağlanıb
# 26 yanvar 2010 14:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İB-nin Bakı şəhəri Qaz İstismarı İdarəsi qış mövsümü ilə əlaqədar istixanalarda qaz itkisinin qarşısının alınması məqsədilə müqavilələr bağlayır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

İndiyədək idarə tərəfindən paytaxtdakı 1 099 istixana ilə «Təbii qazdan istifadə, istismar və ödəniş qaydaları haqqında» müqavilə bağlanıb. Həmin istixanaların 789-u Əzizbəyov, 40-ı Suraxanı, 261-i Sabunçu, 6-sı Binəqədi, 3-ü isə Qaradağ rayonu ərazilərində yerləşir. Bakı şəhərində fəaliyyət göstərən istixanalarla müqavilələrin bağlanılması prosesi davam etdirilir. Bununla paralel olaraq, fəaliyyət göstərməyən istixanaların qaz təchizatı dayandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR