Bank Of Baku

“Socar Georgia Petrolium” Gürcüstanda “İlin ən böyük vergi ödəyicisi” nominasiyasına layiq görülüb

“Socar Georgia Petrolium” Gürcüstanda “İlin ən böyük vergi ödəyicisi” nominasiyasına layiq görülüb
# 26 yanvar 2010 22:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflis şəhərində Gürcüstanın Neft Məhsulları, idxalı, ixracı və istehlakçılar Birliyinin təşkilatçılığı ilə “İlin ən böyük vergi ödəyici” şirkətlərin nominasiyasının təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nominasiyaların təqdimatında 10 şirkət iştirak edib. Bu tədbir ənənəvi olaraq 6-cı dəfə keçirilir. Tədbirdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin törəmə şirkəti olan “Socar Georgia Petrolium” şirkəti “İlin ən böyük vergi ödəyicisi” elan olunub. Şirkət keçən il Gürcüstan dövlət büdcəsinə 162 milyon lari vergi ödədiyinə görə bu ada layiq görülüb. ARDNŞ rəsmisi Faiq Quliyevин APA-ya bildirдiйиня эюря, ширкят bütövlükdə Gürcüstanın büdcəsinə 162 milyon lari vergi ödəyib. “ARDNŞ-in Gürcüstan nümayəndəliyi üçüncü ildir ki, bu nominasiyanın qalibi elan olunur. Gürcüstanda ARDNŞ-in Gürcüstan nümayəndəliyinin bir neçə törəmə şirkəti fəaliyyət göstərir. Eyni zamanda bu gün 4 törəmə şirkətimiz müxtəlif nominasiyalar üzrə qalib hesab olunub. Şirkətimiz Gürcüstanda 3 illik qazlaşdırma proqramını ilkin başlanğıcda 40 milyon dollar investisiya qoyub, bu rəqəm proqramın sonunda 70 milyon dollara çatdırılacaq. İndiyədək 29 qazpaylayıcı şirkət ARDNŞ-in ixtiyarına keçib. Köhnə qaz paylayıcı şəbəkələr yenidən reabilitasiya olunur. Biz bu il qaz olmayan kəndlərə qaz çəkəcəyik. Azərbaycanlıların kompakt yaşadığı bölgələrdə daha geniş fəaliyyət göstərməyi planlaşdırmışıq, Ümumiyyətlə, Socar Georgia Gas Gürcüstan dövləti qarşısında götürdüyü öhdəliyə əsasən abonentlərin sayını 3 illik proqram əsasında 150 minə çatdıracaq”.
Tədbirdə Gürcüstan parlamentinin sədr müavini Rusudan Kervalişvili, Gürcüstanın Maliyyə Naziri Kaxa Bainduraşvili, Tiflis şəhər merliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR