Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstan iqtisadiyyatına 400 mln. dollardan çox investisiya yatırıb

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstan iqtisadiyyatına 400 mln. dollardan çox investisiya yatırıb
# 27 yanvar 2010 07:46 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin törəmə qurumu olan «SOCAR Georgia Petrolium» şirkəti 2009-cu ildə yanacaqdoldurma məntəqələrinin tikintisinə 30 mln. laridən çox investisiya yatırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 2010-cu ildə şirkət yanacaqdoldurma məntəqələrinin sayını 25-ə çatdıracaq.

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Faiq Quliyev APA-ya bildirib ki, ümumiyyətlə, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin həyata keçirdiyi 3 illik proqramın sonunadək yanacaqdoldurma məntəqələrinin sayının 50-yə çatdırılması planlaşdırılır: «Nümayəndəlik fəaliyyət göstərdiyi 4 il müddətində bu ölkəyə ümumilikdə 400 mln. dollardan çox vəsait yatırıb. Burada güclü investisiya qoyulmasının nəticəsidir ki, Kulevi Neft Terminalı tikilib, daha da genişləndirilir və müasir standartlara cavab verən böyük bir şirkətə çevrilir. Bu uğurlu fəaliyyətin nəticəsində şirkət dünən Tiflisdə keçirilmiş müsabiqədə «Müasir standartlara cavab verən terminal» kimi nominasiyasının qalibi elan olunub. Həmin tədbirdə ARDNŞ-in Gürcüstan nümayəndəliyi «Sosial sahədə ən çox investisiya qoyan şirkət» kimi qalib elan edilib».

Xatırladaq ki, dünən Tiflisdə Gürcüstan Neft məhsulları idxalı, ixracı və istehlakçılar Birliyinin təşkilatçılığı ilə «İlin ən böyük vergi ödəyicisi» müsabiqəsinin yekunları açıqlanıb. Qeyd edək ki, «İlin ən iri vergi ödəyicisi» nominasiyasında «SOCAR Georgiya Petrolium» şirkəti qalib gəlib. Sonrakı yerləri «Visol Petrolium Georgia» və «Lukoil Georgia» şirkətləri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR