Bank Of Baku

Azərbaycanın mədənçıxarma sahəsində istehsalın həcmi son bir ildə 13% artıb

Azərbaycanın mədənçıxarma sahəsində istehsalın həcmi son bir ildə 13% artıb
# 27 yanvar 2010 12:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda sənayenin mədənçıxarma sahəsində istehsalın həcmi 16,8 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünü 12,5% qabaqlayıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 41,9 mln. ton neft və ya 16,8% çox, həmçinin 10,1 mlrd. kubmetr və ya 9% çox əmtəəlik təbii qaz hasil edilib. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən müştərək müəssisələr xam neft hasilatını 5,5% artırıb.

Bununla yanaşı, hasilatına 2009-cu ildə başlanmış və iqtisadiyyat üçün xüsusi önəmi olan qızılın hasilatı artıb və ötən aylar ərzində mədənlərdən 333 kq qızıl hasil edilərək təmizlənməyə göndərilib.

Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən il ərzində 3,2 mln. ton çınqıl, qırma daş, xırda çay daşı, 791,5 min ton tikinti qumu, 547,3 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR