Bank Of Baku

«Azəriqaz» ilə «Azqazservis» arasında müqavilə imzalanıb

«Azəriqaz» ilə «Azqazservis» arasında müqavilə imzalanıb
# 27 yanvar 2010 15:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi «Azqazservis» MMC ilə müqavilə imzalayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Tərəflər Bakı şəhəri və Abşeron rayonu üzrə mövcüd abonentlərə təbii qazın təminatı istiqamətində xidmət səviyyəsinin daha da yaxşılaşdırılması, yığım göstəricilərinin yuksəldilməsi və qaz itkisinin qarşısının alınması istiqamətində birgə səylərin daha da gücləndiriləcəyini bildiriblər. Bununla əlaqədar, «Azəriqaz» İB «Azqazservis» MMC-nin müvafiq vəsiqəsi olan və xüsusi geyimə malik işçilərinin həyət və mənzillərdəki, eləcə də müəssisə və obyektlərdəki mövcud qaz avadanlıqları, sayğaclar və qaz xətlərinə baxış keçirmələrinə şərait yaradılmasını abonentlərdən xahiş edir.

Qeyd edək ki, «Azqazservis» MMC təbii qazdan istifadə haqqının yığılması, sayğac göstəricilərinin dəqiqləşdirilməsi, yaranmış borclar üzrə istehlakçıların məlumatlandırılması, eləcə də təbii qazdan qeyri-qanuni istifadə hallarının aşkar edilərək aradan qaldırılması məqsədi ilə təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR