Bank Of Baku

Azərbaycan və Yunanıstan təbii qaz və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığı möhkəmləndirir

Azərbaycan və Yunanıstan təbii qaz və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığı möhkəmləndirir
# 27 yanvar 2010 15:11 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan və Yunanıstan təbii qaz, bərpa olunan enerji mənbələri, turizm və mədəniyyət sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

APA-nın Yunanıstan XİN-in saytına istinadən məlumatına görə, sözügedən məsələlər Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovla Yunanıstan xarici işlər nazirinin müavini Spiros Kuvelisin yanvarın 26-da Afinada keçirilən görüşündə müzakirə olunub.

Görüşün məqsədi S.Kuvelisin Bakıya səfəri zamanı imzalanmış “Azərbaycan və Yunanıstan arasında əməkdaşlıq haqqında Memorandum”un istiqamətlərinin dəqiqləşdirilməsi və reallaşdırılması olub.

Yunanıstan tərəfi Azərbaycanın İTGİ layihəsində iştirakında maraqlı olduğunu bildirib. Öz növbəsində Azərbaycan Yunanıstanın bərpa olunan enerji mənbələri sahəsində təcrübəsinə maraq göstərərək, bu sahədə əməkdaşlığın faydalı olduğunu diqqətə çatdırıb. İki ölkə arasında energetika sahəsində əməkdaşlığın davam etdirilməsi və 2010-cu ilin payızında Bakıda Azərbaycanla Yunanıstanın Energetika nazirliklərinin görüşünün keçirilməsi qərara alınıb.

Qeyd edək ki, G.Məmmədovun Yunanıstana səfəri yanvarın sonuna kimi davam edəcək. O, Xarici İşlər və Energetika nazirliklərindən başqa, yerli biznes dairələrinin nümayəndələri ilə də görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR