Bank Of Baku

Rusiyada yeni, iri neft yatağı aşkar edilib

Rusiyada yeni, iri neft yatağı aşkar edilib
# 27 yanvar 2010 18:11 (UTC +04:00)
Bakı-APA. Rusiyada 150 milyon ton neft ehtiyatı olan yeni yataq aşkar edilib.
APA-nın vesti.ru-ya istinadən yaydığı xəbərə görə, bu barədə Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Yuri Trutnyov açıqlama verib.

"Biz mühüm neft yatağı kəşf etmişik. Savostyanovo neft yatağının ehtiyatları 150 milyon tondan çoxdur. Bu, strateji yataqdır", - deyə Y.Trutnyov ölkənin baş naziri Vladimir Putinlə söhbətində bildirib.

Qeyd edək ki, "Rosneft" neft şirkəti tərəfindən aşkar edilmiş yataq İrkutsk Vilayətinin Moqdinsk neftçıxarma sahəsindədir. Yatağın ehtiyatlarının həcmi 160,2 milyon ton təşkil edir.

Yeni aşkar edilmiş yataq 1976-1990-cı illər ərzində Neft Sənayesi Nazirliyinin Baş neft Geofizika idarəsinə rəhbərlik etmiş, 1993-1997 illərdə isə "Rosneft"-in geofizika işləri departamentinə rəhbərlik etmiş Nikolay Savostyanovun şərəfinə adlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR