Bank Of Baku

Azərbaycan prezidenti bp və “Edisson” şirkətlərinin baş icraçı direktorları ilə görüşüb

Azərbaycan prezidenti bp və “Edisson” şirkətlərinin baş icraçı direktorları ilə görüşüb
# 27 yanvar 2010 19:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün İsveçrənin Davos şəhərində hər iki şirkətin rəhbərləri ilə ayrılıqda keçirilən görüşlərdə bu şirkətlərin Azərbaycanla əlaqələri müzakirə olunub.

T. Heyvord ilə görüşdə bp şirkətinin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğu və bundan sonra da inkişaf etdiriləcəyi vurğulanıb. Görüşdə Azərbaycanla bp şirkəti arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

U. Kuadrino ilə görüşdə isə Azərbaycanla İtaliya arasında bütün sahələrdə, xüsusən də enerji sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulanıb. U.Kuadrino “Edisson” şirkətinin bu Türkiyə-Yunanıstan - İtaliya qaz boru kəməri layihəsinin həyata keçirilməsində maraqlı olduğunu bəyan edib.

Azərbaycanın dövlət başçısı isə rəsmi Bakının Türkiyə-Yunanıstan - İtaliya qaz boru kəməri layihəsini dəstəklədiyini qeyd edəərək bu layihənin enerji dəhlizlərinin diversifikasiyası baxımından mühüm olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR