Bank Of Baku

Ötən il Azərbaycanda qeyim istehsalında yüksək artım olub

Ötən il Azərbaycanda qeyim istehsalında yüksək artım olub
# 28 yanvar 2010 06:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 77,4 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə yüngül yataq örtüklərinin istehsalı 36,2%, pambıq yataq ağlarının istehsalı isə 2,5 dəfə artıb. Hesabat ilində həmçinin qeyim istehsalında da yüksək artım müşahidə olunub. Belə ki, kişi və oğlanlar üçün kostyumlar istehsalı 61,9%, palto, gödəkcə və plaş istehsalı isə 1,4% artıb.

Bununla yanaşı, 2010-cu il yanvarın 1-i vəziyyətinə bu sahələrin müəssisələrinin anbarlarında 28,8 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 12,4%-i qədər hazır məhsul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR