Bank Of Baku

Ötən il Azərbaycanın kimya sənayesində istehsalın həcmi 38% azalıb

Ötən il Azərbaycanın kimya sənayesində istehsalın həcmi 38% azalıb
# 28 yanvar 2010 07:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda kimya sənayesində, rezin və plastik kütlə məmulatları istehsalı müəssisələri tərəfindən 163,1 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illə müqayisədə məhsul istehsalı kimya sənayesində 37,8%, rezin və plastik kütlə məmulatları istehsalında isə 15% azalıb. Əsas kimya məhsullarından azotun, propilenin, polietilenin, izopropil spirtinin istehsalı aşağı düşüb. Lak boya məmulatlarının istehsalında (16,3%), yuyucu maddələrin (31,4%), plastik pəncərə qapaqlarının və jalüzlərin (77,8%) istehsalında artım olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR