Bank Of Baku

Azərbaycan hökuməti Fövqəladə Hallar Nazirliyinin təklifi əsasında bəzi qərarlarına dəyişikliklər edib

Azərbaycan hökuməti Fövqəladə Hallar Nazirliyinin təklifi əsasında bəzi qərarlarına dəyişikliklər edib
# 28 yanvar 2010 09:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə alaraq bəzi qərarlarına əlavə və dəyişiklik edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətin qərarı ilə «İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları», «İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları», «İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları» və «Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları»na dəyişikliklər və əlavələr olunub.

Əlavə və dəyişikliklərə əsasən, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə, şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına, həmçinin, radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə fövqəladə hallar naziri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanacaq. İcazə Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq ediləcək. Bunun üçün xüsusi icazənin blankı da fövqəladə hallar naziri tərəfindən təsdiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR