Bank Of Baku

Azərbaycanda havaların pisləşməsi elektrik enerjisinə tələbatı artırıb

Azərbaycanda havaların pisləşməsi elektrik enerjisinə tələbatı artırıb
# 28 yanvar 2010 12:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan ərazisində havaların sərt keçməsi son bir neçə gündə elektrik enerjisinə tələbatın artması ilə nəticələnib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyətinin yaydığı məlumatda bildirilir ki, enerjiyə olan təlabatın artmasına baxmayaraq, soyuq iqlim şəraitinə əvvəlcədən hazırlaşıldığından «Azərenerji»nin bütün strukturları heç bir ciddi problemlə üzləşməyib.

«Azərenerji» ASC-nin Mərkəzi Dispetçer İdarəsindən verilən məlumatda bildirib ki, mövcud iqlim şəraitində enerji sistemində heç bir açılma qeydə alınmayıb. Enerji sistemi əvvəlki günlərdə olduğu kimi normal iş rejimində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR