Bank Of Baku

«Azərenerji» ASC 12 şəhər və rayon mərkəzində paylayıcı şəbəkələri tam yeniləşdirir

«Azərenerji» ASC 12 şəhər və rayon mərkəzində paylayıcı şəbəkələri tam yeniləşdirir
# 28 yanvar 2010 13:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC-nin enerji təchizatı müəssisələrinin xidməti ərazisinə daxil olan 12 şəhər və rayon mərkəzində paylayıcı şəbəkələr tam yeniləşdirilir. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, artıq Mingəçevir, Hacıqabul, Gəncə, Ağsu və Şəmkirdə SİP kabellərin çəkilməsi və smart-kart tipli sayğacların quraşdırılması əsasən yekunlaşıb. Yalnız şəbəkəyə yeni qoşulan abonentlərin sayğaclaşdırılması aparılır. Saatlı, Şirvan, Yevlax və Sabirabadda işlər yekunlaşmaq üzrədir, Bərdə, Cəlilabad və Lənkəranda isə yenidənqurma işləri davam etdirilir.

Bu tədbirlərin yaxın vaxtlarda digər rayon mərkəzlərində də həyata keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələdə Salyan, Masallı, İmişli, Goranboy, Ağcabədi və Kürdəmirdə yeni tipli sayğacların quraşdırılmasına başlanacaq. Rayon mərkəzləri tamamilə yeniləşdikdən sonra, gələcəkdə bu tədbirlərin bütün regionları əhatə etməsi nəzərdə tutulur.

Artıq ötən ilin sonunda Sumqayıt şəhərinin, eləcə də respublikanın şimal və şimal-qərb bölgələrinin paylayıcı elektrik şöbələrinin idarəetmədən geri alınması və «Azərenerji» ASC-nin tabeliyinə keçməsindən sonra həmin şəbəkələrdə də görüləcək işlər müəyyənləşdirilib. Hazırda həmin bölgələrdə mövcud olan və yeni yaradılmış yüksək gərginlikli elektrik şəbəkələrinin xidməti ərazilərinə daxil olan paylayıcı şəbəkələrin təmiri ilə əlaqədar işlərin icrasını həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR