Azərbaycan prezidenti: ““Nabucco” layihəsi ilə bağlı xeyli sual hələ də cavabsız qalır”
Onun sözlərinə görə, bu beynəlxalq infrastruktur layihəsinin həyata keçirilməsində maliyyələşdirmə, qiymət və siyasiləşdirilmə kimi məsələlər üzündən ləngimə müşahidə olunur.
“Bizə qaneedici qiymət və ciddi mövqe təklif olunsa, bu layihə reallaşa bilər. Siyasi bəyanatlar prosesə xələl gətirir. Biz bir-biri ilə razılaşa bilməyən müxtəlif qüvvələrin mübarizəsinin ortasında qalmaq istəmirik”, - deyə İ. Əliyev bildirib.
Dövlət başçısı əlavə edib ki, “Nabucco” layihəsinə zəruri maliyyələşməni cəlb edəcək, habelə qaz təchizatçıları və tranzit ölkələrlə danışıqlar aparacaq lider çatışmır: ““Nabucco” kəməri layihəsinin iştirakçısı olan bəzi ölkələrin “Qazprom”un rəqib layihəsində iştirak etməsi bir az qeyri-müəyyənlik yaradır. Biz indiyədək bilmirik ki, bu prosesi irəli aparacaq lider kimdir? Qaz istehsalçıları və tranzit ölkələrlə danışıqları kim aparacaq? Bu qazın marketinqini kim yerinə yetirəcək? Qiymətlər necə olacaq? Bir sözlə, uzun müddətdir ki, xeyli sual cavabsız qalır”.
Ölkəmizin 2007-ci ildən qaz ixracatçısına çevirdildiyini xatırladan prezident İ. Əliyev Azərbaycanın ixrac marşrutlarının şaxələndirilməsində maraqlı olduğunu deyib.
Bundan başqa, İ. Əliyev Türkiyə ilə qazın qiymətinin razılaşdırılmasında hələlik irəliləyiş olmadığını, Azərbaycanın bu ildən Rusiyaya qaz ixracına başladığını, “Qazprom”un bu il ixrac həcmini 1 mlrd. kubmetrə, gələn il isə 2 mlrd. kubmetrə çatdırmağı planlaşdırdığını da bildirib: ““Qazprom”un bizim qazı almasında üstünlük ondan ibarətdir ki, bizim aramızda vasitəçi yoxdur”. “Bloomberg” xatırladıb ki, Bolqarıstan və Macarıstan “Nabucco”nun səhmdarları və iştirakçısı olsa da, hər ikisi “Qazprom”un “Cənub axını”na qoşulub.
Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
Sənaye və energetika
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
Xəbər Lenti
Netanyahu: Livanla danışıqların uğurla başa çatıb
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb