Bank Of Baku

Azərbaycanın elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sektorunda istehsalın həcmi 11% azalıb

Azərbaycanın elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sektorunda istehsalın həcmi 11% azalıb
# 29 yanvar 2010 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan sənayesində elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsinin xüsusi çəkisi 5,4% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, elektrik enerjisi istehsalının azalması səbəbindən sahə üzrə sənaye məhsulunun və göstərilmiş xidmətlərin həcmi 10,8% azalıb və 1,203 mlrd. manat təşkil edib.

Bununla yanaşı, ölkədə 17,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub ki, onun 12,5%-i su elektrik stansiyalarının, 87,5%-i isə istilik elektrik stansiyalarının payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR