Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin neft və qazçıxarma idarələrinin ərazisində ekoloji monitorinq keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin neft və qazçıxarma idarələrinin ərazisində ekoloji monitorinq keçirilib
# 29 yanvar 2010 07:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti bir sıra neft və qazçıxarma idarəsinin (NQÇİ) ərazisində ekoloji monitorinq aparıb. Bu barədə «APA-Economics»ə Ekologiya İdarəsindən məlumat verilib.

Departament tərəfindən «Azneft» İB-nin «Siyəzənneft» NQÇİ-nin I mədən ərazisində 150 ha, «Abşeronneft» NQÇİ-nin ərazisində 44 ha və N.Nərimanov adına NQÇİ-nin Daşgil NYM-nin 34 ha rekultivasiya olunması nəzərdə tutulan sahələrində neft, lay suyu və istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji monitorinqi aparılıb.

Monitorinq zamanı vizual müşahidələr aparılıb, GPS vasitəsi ilə koordinantlar təyin edilib, çirkləndirici mənbələr müəyyənləşdirilib, radiasiya fonu ölçülüb. Torpaqların neft məhsulları ilə çirklənmə dinamikasının öyrənilməsi məqsədi ilə seçilmiş koordinantlardan şurf, qrunt və su nümunələri götürülüb, nümunələr qablaşdırılaraq fiksasiya edilib.

Kompleks Tədqiqatlar Laboratoriyasında aparılmış tədqiqat işlərinin nəticəsinə əsasən, çirklənmənin hopma dərinliyi və neftlə çirklənmə dərəcəsinə müvafiq olaraq aparılacaq rekultivasiyanın növü və mərhələləri göstərilməklə hesabat tərtib edilib və müvafiq təkliflər paketi hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR