Bank Of Baku

Rumıniya hökumətinin enerji missiyası Azərbaycana səfər edəcək

Rumıniya hökumətinin enerji missiyası Azərbaycana səfər edəcək
# 29 yanvar 2010 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevralın 1-5-də Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti nazirinin müavini, enerji sahəsində əməkdaşlığa dair Azərbaycan-Rumıniya işçi qrupunun sədri Tudor Şerbanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, nümayəndə heyətinə Rumıniyanın İqtisadiyyat, Ticarət və Biznes mühiti Nazirliyi Enerji, neft və qaz Departamentinin direktoru Korneliu Kondrea, Rumıniya Xarici İşlər Nazirliyi Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Vasile Soare, Rumıniya Xarici İşlər Nazirliyi Strateji iqtisadi siyasət İdarəsinin direktoru Mihai Harbiç, «Romqaz» şirkətinin direktoru Mares Adrian, «Romqaz» şirkətində xidmətlər üzrə direktor Viktor Kristian Şerban, «Transqaz» şirkətinin baş direktorunun müavini Rusi Nikalae daxildir.

Səfər çərçivəsində Rumıniya nümayəndə heyətinin üzvləri Sənqəçal terminalında olacaq, Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə və digər rəsmi şəxslərlə görüşəcəklər.

Qeyd edək ki, 2010-cu ilin yanvarın 13-də Gürcüstanda keçirilmiş Enerji Konfransında Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adrean Videanu N.Əliyevlə görüşərək müzakirlər aparıb. Müzakirələr zamanı Azərbaycan-Gürcüstan-Rumıniya marşurutu üzrə qaz nəqli ilə bağlı Rumıniya tərəfinin mövqeyi diqqətə çatdırılıb. Rumıniya tərəfi qaz sahəsində əməkdaşlığa dair Azərbaycan-Gürcüstan-Rumıniya üçtərəfli memorandumunun imzalanmasını təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR