Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti tələbələrə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edib

Azərbaycan Dövlət Neft Şirkəti tələbələrə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edib
# 30 yanvar 2010 09:53 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edib. ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, təqaüd proqramı çərçivəsində keçirilən müsabiqə bu ilin fevral-iyun aylarını əhatə edəcək.

Müsabiqədə müəyyən edilmiş ixtisaslar üzrə bütün təhsil dövründə yalnız “yaxşı” və “əla” qiymətlərlə oxuyan tələbələrə 70 manat məbləğində aylıq təqaüd təqdim ediləcək. Müsabiqənin şərtləri ilə www.socar.az saytında tanış olmaq olar. Müsabiqəyə müraciət fevralın 1-dən 21-dək qeyd edilən internet ünvanında online rejimdə həyata keçiriləcək.

Xatırladaq ki, 2008-2009-cu tədris ilinin II semestrinin nəticələrinə əsasən 100 tələbə ARDNŞ təqaüdünə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR