Bank Of Baku

Gəncədə 39 mindən çox “Smart-kart” tipli qaz sayğacı quraşdırılıb

Gəncədə 39 mindən çox “Smart-kart” tipli qaz sayğacı quraşdırılıb
# 30 yanvar 2010 10:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Gəncədə 39 min 151 abonent “Smart-kart” tipli qaz sayğacları ilə təchiz olunub. ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, sayğacların 39 min 24 ədədinin quraşdırılması “Azəriqaz” İB-nin hesabına, 127 ədədinin quraşdırılması isə abonentlərin şəxsi vəsaiti hesabına həyata keçirilib.

“Smart-kart” (əvvəlcədən ödəniş) tipli qaz sayğaclarının quraşdırılması qaz itkisinin qarşısının alınması, təbii qazdan istifadənin səmərəliliyinin artırılması və uçotun düzgün aparılması istiqamətində həyata keçirilən tədbirlərdən biridir.

Xatırladaq ki, bu sayğacların ölkədə quraşdırılmasına hələ bir neçə il əvvəl başlanıb və müəyyən nəticələrə nail olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR