Bank Of Baku

Azərbaycanda inşa olunacaq yeni sement zavodunda 500 iş yeri açılacaq

Azərbaycanda inşa olunacaq yeni sement zavodunda 500 iş yeri açılacaq
# 01 fevral 2010 06:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda inşa ediləcək regionun ən iri sement zavodunun fəaliyyətə başlanmasından sonra 500-dək daimi iş yerinin açılması nəzərdə tutulub. «APA-Economics»in məlumatına görə, bunu «Norm» şirkətinin inkişaf və strategiya üzrə müdiri Murad Sadıxov bildirib.

M.Sadıxovun sözlərinə görə, «Norm» şirkəti tərəfindən Bakının Qaradağ rayonu ərazisində yaradılacaq sement zavodunun tikintisinə təxminən 950 nəfər işçi cəlb olunacaq: «Zavod fəaliyyətə başlayandan sonra isə müəssisədə 450-500 daimi iş yerinin açılması nəzərdə tutulub».

M.Sadıxov onu da bildirib ki, zavodun tikinti işlərinə 2010-cu ilin aprel ayında başlanacaq və artıq 2012-ci ilin may ayında müəssisə istismara veriləcək.

Qeyd edək ki, zavodun illik istehsal gücü ilkin mərhələdə 2 mln. ton, gələcəkdə isə 6 mln. ton təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR