Bank Of Baku

Azərbaycan ötən il elektrik enerjisinin ixracını ötən il 14% azaldıb

Azərbaycan ötən il elektrik enerjisinin ixracını ötən il 14% azaldıb
# 01 fevral 2010 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan ötən il xaricə 710,4 mln. kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İxrac edilmiş elektrik enerjisinin həcmi 2008-ci illə müqayisədə 13,8% azalıb.

Hesabat ilində ixrac olunmuş elektrik enerjisinin dəyəri 27 939 min ABŞ dolları təşkil edib ki, bu da 2008-ci ildə ixrac edilmiş elektrik enerjisinin dəyərindən 2,1% çoxdur.

Qeyd edək ki, hazırda Azərbaycan Rusiya, İran, Türkiyə və Gürcüstanla enerji mübadiləsi aparır, pik satlarında Rusiyaya və İrana elektrik enerjisini satır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR