Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Böyük Britaniyada işgüzar səfərdə olub

Azərbaycanın sənaye və energetika naziri Böyük Britaniyada işgüzar səfərdə olub
# 01 fevral 2010 08:50 (UTC +04:00)
Bakı – APA. Yanvarın 27-28-də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Böyük Britaniyada işgüzar səfərdə olub. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər zamanı nazir “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunda Mühafizəkarlar Partiyasının Türkiyənin Dostları Qrupu (CFT) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə “Enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin rolu” mövzusunda keçirilən tədbirdə iştirak edib. Tədbirə Britaniya parlamentinin üzvü, Mühafizəkarlar Partiyasının xarici işlər üzrə sözçüsü Lord Hauell, iş adamları, Azərbaycan və Türkiyəni təmsil edən şirkətlərin nümayəndələri, jurnalistlər, enerji sahəsində ixtisaslaşmış məsləhətçi şirkətlərin təmsilçiləri qatılıb.

N. Əliyev çıxışında Azərbaycanın iştirakı ilə həyata keçirilmiş neft-qaz layihələrinin Avropanın enerji təchizatında xüsusi rol oynadığını nəzərə çatdırıb, eyni zamanda enerji marşrutlarının şaxələndirilməsi istiqamətində addımlar atıldığını vurğulayıb. O, ölkənin enerji sektorunda həyata keçirilən islahatlar, alternativ enerji vasitələrindən istifadə imkanlarından da bəhs edib.

Səfər zamanı N.Əliyev Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin baş direktoru Vill Kavendiş ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR