Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Yunanıstanın DEPA Qaz Korporasiyasının başçısı ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Yunanıstanın DEPA Qaz Korporasiyasının başçısı ilə görüşüb
# 01 fevral 2010 15:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yunanıstanın DEPA Qaz Korporasiyası İdarə Heyətinin sədri Harri Saçinis başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

R.Abdullayev son illər Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin gücləndiyini qeyd edərək bildirib ki, DEPA və ARDNŞ bu prosesin inkişafında müsbət rol oynayır. Azərbaycanın qısa müddətdə qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrildiyini deyən R.Abdullayev qeyd edib ki, «Şahdəniz» qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının Avropa ölkələrinə də nəqli prioritet istiqamətlərdən biridir.

H.Saçinis isə Yunanıstanın Azərbaycandan təbii qaz almaqda maraqlı olmasının son dövrdə yüksək səviyyədə keçirilmiş görüşlərdə dəfələrlə vurğulandığını diqqətə çatdırıb.

Görüşdə Yunanıstanın DEPA Qaz Korporasiyası ilə ARDNŞ arasında qısamüddətli və uzunmüddətli əməkdaşlıq imkanlarına nəzər salııb. Tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR