Bank Of Baku

«Neft daşları» yatağında iki yeni quyu istismara verilib

«Neft daşları» yatağında iki yeni quyu istismara verilib
# 01 fevral 2010 15:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Neft Daşları» yatağındakı 1887 nömrəli yeni beşbloklu platformada 2289 saylı quyu istismara buraxılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, quyu 2370 metr dərinlikdən sutkada 7 ton neft verir. Hazırda hasilatı yüksəltmək üçün geoloji işlər davam etdirilir. Bu platforma 3 il əvvəl işə salınıb. Otuz altı maili quyunun qazılması üçün nəzərdə tutulmuş bu platforma «Neft Daşları» yatağındakı 5-ci blokda quraşdırılıb.
Geoloqların hesablamalarına görə, burada təxminən 8 mln. ton çıxarıla bilən neft ehtiyatı mövcuddur. Blokda qazma işləri ARDNŞ-nin Kompleks Qazma İdarəsinin «Bayıl limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən iki dəzgah vasitəsi ilə həyata keçirilir. Üç il ərzində platformadan müxtəlif debitlə işləyən 22 istismar quyusu qazılıb və artıq 450 min ton neft hasil olunub. Hazırda 1887 nömrəli platformadan gündəlik 440 ton neft çıxarılır.
Cari ildə bu platformada neft hasilatını artırmaq uçun daha yeddi quyunun qazılması nəzərdə tutulub. Bu günlərdə «Neft Daşları» yatağındakı 2387 nömrəli platformada yeni quyu istismara verilib: «2559 saylı həmin quyudan 1600 metr dərinlikdən 15 ton neft hasil olunur. «Neft daşları» yatağının şimal-şərq hissəsində yerləşən və 2008-ci ildə istismara verilən 2387 nömrəli platforma 12 quyuda qazma işlərinin aparılması üçün nəzərdə tutulub. Ötən yarım il ərzində 10 quyu qazılıb, iki quyuda mənimsəmə işləri gedir. Gözlənilən hasilat 15-20 ton arasındadır».
Bu ilin proqnozuna görə, «Neft Daşları» yatağında hasilat həcminin artırılması üçün daha 15 yeni quyunun qazılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR