Bank Of Baku

ARDNŞ prezidenti Bakıda səfərdə olan Rumıniya nümayəndə heyətini qəbul edib

ARDNŞ prezidenti Bakıda səfərdə olan Rumıniya nümayəndə heyətini qəbul edib
# 01 fevral 2010 17:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rumıniyanın İqtisadiyyat, ticarət və biznes mühiti nazirinin müavini, enerji məsələləri üzrə dövlət katibi Tudor Şerbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bakıya Rumıniya hökumətinin tapşırığı ilə səfər etdiklərini söyləyən T. Şerban ölkəsində Azərbaycanın neft-qaz sektoruna marağın böyük olduğunu qeyd edib. O, Rumıniya şirkətlərinin ARDNŞ ilə həm neft, həm də təbii qaz nəqli istiqamətlərində əməkdaşlığı genişləndirmək istəklərini vurğulayıb. Artıq Rumıniyaya Azərbaycan neftinin gətirilməsi və orada emal olunması istiqamətində müəyyən addımlar atıldığını qeyd edib. Nazir müavini Rumıniyanın iri həcmdə Azərbaycan nefti və qazı ilə fasiləsiz təminat məsələsinə böyük maraq göstərdiyini bildirərək uzunmüddətli qaz təchizatında mümkün ola biləcək diversifikasiya variantlarının öyrənilməsinin vacibliyi vurğulayıb.

R. Abdullayev isə Azərbaycanın qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilməsini və artıq dörd qonşu ölkəyə təbii qaz ixrac etdiyini deyib. İxrac neft və qaz kəmərlərinin diversifikasiyasına böyük diqqət yetirildiyini söyləyən ARDNŞ prezidenti Azərbaycan təbii qazının Avropaya nəqli üçün təklif olunan bütün layihələrin diqqətlə araşdırıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR