Bank Of Baku

Bolqarıstan-Türkiyə qaz kəməri əks istiqamətdə Azərbaycan qazını nəql edə bilər

Bolqarıstan-Türkiyə qaz kəməri əks istiqamətdə Azərbaycan qazını nəql edə bilər
# 02 fevral 2010 03:19 (UTC +04:00)
Bakı-APA. Bolqarıstan və Türkiyə iki ölkə arasında qaz kəmərini əks istiqamətdə istismarı barədə razılığa gəliblər ki, bu da Balkan ölkəsinə Türkiyə, Azərbaycan və Türkmənistandan qaz almaq imkanı verəcək. Bu barədə APA lenta.ru-ya istinadən məlumat verir.

Bolqarıstanın energetika naziri Trayço Traykovun sözlərinə görə, revers rejimi (əks istiqamət) yalnız qaz kəmərinin dayandığı halda tətbiq olunacaq.

Qeyd edək ki, hazırda Bolqarıstan təbii qazı Rusiyadan gələn qaz kmər vasitəsilə alır. Bu kəmərlə alınan qazın bir hissəsi isə Türkiyəyə ötürülür.

Onu da qeyd edək ki, "qaz müharibəsi" dövründə, Ukrayna ərazisindən Avropaya qazın ötürülmədiyi iki həftə ərzində Bolqarıstan qaz mənbələrinin diversifikasiyası üçün bir neçə addım atıb.

Məhz bundan sonra Azərbaycandan hər il 1 milyard kub/metr qaz alınması barədə müqavilə imzalanıb.

CIA Factbook-ın məlumatlarına görə, Bolqarıstan hər il 3 milyard kub/metrdən bir qədər artıq qaz istehlak edir, ölkənin qaz sənayesi isə cəmin 300 milyon kub/metr istehsal edir. Bolqarıstanın qaz sahəsində əsas tərəfdaşı Rusiyanın "Qazprom" şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR