Bank Of Baku

“Yeni Sarmatiya” konsorsiumu Avropa İttifaqı ilə ilkin saziş imzalayıb

“Yeni Sarmatiya” konsorsiumu Avropa İttifaqı ilə ilkin saziş imzalayıb
# 02 fevral 2010 09:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Yeni Sarmatiya” konsorsiumu Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri layihəsinin birgə maliyyələşdirilməsi ilə bağlı Avropa İttifaqı (Aİ) ilə ilkin saziş imzalayıb.

APA-nın WNP portalına istinadən məlumatına görə, bu barədə konsorsiumun prezidenti Marçin Yastjembski məlumat verib.

İlkin saziş Krakovdakı Neft və Qaz İnstitutu ilə imzalanıb. İyun ayında birgə maliyyələşmə ilə bağlı 125 mln. avro həcmində yekun sazişin imzalanması gözlənilir. M.Yastjembski qeyd edib ki, imzalanmış saziş Aİ-nin tələblərinə əsasən “Yeni Sarmatiya”nın üzərinə layihənin reallaşmasının ekoloji faktoru barədə hesabat hazırlamaq öhdəliyi qoyub.

Qeyd edək ki, “Yeni Sarmatiya” konserninə Polşa, Azərbaycan, Gürcüstan, Ukrayna və Litvanın neft-qaz şirkətləri daxildir. Konsorsium Xəzər neftinin Avropaya nəqli üçün Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri layihəsini reallaşdırmaq üçün yaradılıb. Hazırda boru kəməri revers rejimində fəaliyyət göstərir: Odessa-Brodı kəməri vasitəsilə Rusiya nefti Brodıdan Qərbi Ukraynadakı Odessa limanına vurulur. Boru kəməri avers rejiminə keçiriləndən sonra Xəzər neftini onunla nəql etmək mümkün olacaq. Kəmərin 2014-cü ildə işə salınması gözlənilir.

Xatırladaq ki, 2004-cü ilin iyul ayında Ukraynanın “Ukrtransnafta” və Polşanın “Przyjazn” şirkəti “Sarmatiya” Boru Kəməri Şirkətinin təsis edilməsinə dair sənədlər imzalayıb. Yeni şirkət 490 km uzunluğu olan Brodı-Plotsk neft kəmərinin inşası layihəsinin icrası ilə məşğul olacaq. Sonrakı mərhələdə kəmər Şimali Polşadakı Qdansk şəhərinə kimi uzadılacaq. Layihədə iştirak edən 4 şirkətin “Sarmatiya”da iştirak payı 24,75%, yalnız Litvanın “Klaipedos Nafta” şirkətinin payı 1% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR