Bank Of Baku

Azərbaycanla Türkiyə arasında yeni qaz müqaviləsinin detalları vahid paket şəklində müzakirə olunur

Azərbaycanla Türkiyə arasında yeni qaz müqaviləsinin detalları vahid paket şəklində müzakirə olunur
# 02 fevral 2010 11:07 (UTC +04:00)
Bakı. Rəşad Süeymanov – APA-Economics. Azərbaycan və Türkiyə arasında təbii qazın alqı-satqısına dair imzalanması nəzərdə tutulan yeni müqavilənin layihəsinin 100-dək detalı müzakirə olunur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

ARDNŞ prezidentinin sözlərinə görə, «Şahdəniz» layihəsinin ikinci fazasında hasil ediləcək təbii qazın Türkiyəyə satışına dair müqavilənin detalları paket şəklində müzakirə olunur. Bura tranzit anlaşması, tranzit haqqı və s. olmaqla 100-ə yaxın detal daxildir: «Bu böyük paketdir və 30 illik anlaşma deməkdir. Ona görə də, qoyulan bütün suallar həllini tapmalıdır. Türkiyənin energetika naziri Taner Yıldız birini deyir, birini demir. Biz Türkiyə ilə paket anlaşmaya getmişik. Sualın biri həll olunub, digəri olunmursa, demək heç bir şey həll olunmayıb. Amma müəyyən suallarda anlaşmlar var».

R.Abdullayev qeyd edib ki, Azərbaycan hazırda faktiki olaraq Türkiyəyə təbii qazın 1000 kubmetrini 120 ABŞ dollarından satır: «Aprelin 15-dən isə ötən dövrdə qazın qiymətində yaranmış fərq hesablanacaq. Amma bu necə hesablanacaq, hansı şərtlərlə olacaq, hələ həll olunmayıb».

Qeyd edək ki, «Şahdəniz» layihəsinin I fazası çərçivəsində hasil edilən təbii qaz Türkiyəyə 120 dollar/1000 kubmetr qiyməti ilə satılır. Türkiyə mətbuatının yazdığına görə, qazın 1000 kubmetri 250 dollardan hesablanarsa, 2008-ci ilin aprel ayından bu günədək alınan qaza görə Ankara Bakıya fərq olaraq 1,1 mlrd. dollar əlavə vəsait ödəməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR