Bank Of Baku

Azərbaycanda bütün qaz istehlakçıları smart kartlı sayğaclarla təchiz olunacaq

Azərbaycanda bütün qaz istehlakçıları smart kartlı sayğaclarla təchiz olunacaq
# 02 fevral 2010 11:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın qaz paylayıcı şəbəkəsində bütün abonentlərin yaxın 1,5-2 il müddətinə tam olaraq smart kartlı sayğaclarla təchiz olunması planlaşdırılır.

«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, sayğaclar ARDNŞ-nin hesabına dəyişdiriləcək. Bununla yanaşı, layihə çərçivəsində respublikanın qaz sistemi avtomatik idarəetmə rejiminə keçiriləcək: «Qaz paylayıcı şəbəkələr, ölçü qovşaqları tam olaraq avtomatik sistemdə işləyəcək. Artıq rayonların qaz sayğacları, sərfiyyat ölçən cihazlar (rok) elektronlaşdırılır və bu proses mart ayınadək yekunlaşacaq. Ölkə ərazisində qaz şəbəkəsinə onlayn sistemdə nəzarət olunacaq».

Qeyd edək ki, «Azəriqaz» İB 2009-cu ilin iyul ayının 1-də dövlət başçısının sərəncamı ilə ARDNŞ-nin tabeçiliyinə verilmiş “Azəriqaz” QSC-nin bazasında yaradılıb. Azərbaycan prezidentinin 2009-cu ilin dekabr ayında imzaladığı sərəncamla əhalinin əvvəlki illərdən 2009-cu ilin oktyabr ayınadək qaza görə olan borcları dövlət tərəfindən silinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR