Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti struktur islahatları davam etdirəcək

Azərbaycan Dövlət Neft Şirkəti struktur islahatları davam etdirəcək
# 02 fevral 2010 11:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyinin strukturunda növbəti dəyişikliklərin aparılması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

«ARDNŞ beynəlxalq standartlarla işləyir və bu gün dünyada heç bir yerdə 4 pilləli idarəetmə sistemi yoxdur. Ona görə, idarəetmə struktrunu dəyişirik. ARDNŞ, «Azəriqaz» və qaz idarələri qalacaq. Bu üç pillə normal idarəetmə sistemidir», - deyə R.Abdullayev vurğulayıb.

ARDNŞ prezidenti qeyd edib ki, növbəti mərhələdə «Azəriqaz» İB-nin Magistral Qaz Kəmərləri İdarəsinin və «Qaz» MMC-nin ləğvi planlaşdırılır.

Qeyd edək ki, «Azəriqaz» İB 2009-cu ilin iyul ayının 1-də dövlət başçısının sərəncamı ilə ARDNŞ-in tabeçiliyinə verilmiş «Azəriqaz» QSC-nin bazasında yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR