Bank Of Baku

Bakı şəhəri və Abşeron yarımadasının qaz təchizatı ilə bağlı texniki-iqtisadi əsaslandırma gələn ay hazır olacaq

Bakı şəhəri və Abşeron yarımadasının qaz təchizatı ilə bağlı texniki-iqtisadi əsaslandırma gələn ay hazır olacaq
# 02 fevral 2010 12:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhəri və Abşeron yarımadasının qaz təchizatı şəbəkəsinin yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırılması sənədi mart ayında hazır olacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, artıq ARDNŞ və E.ON konserni (ALmaniya) bu istiqamətdə işlərə başlayıb. Şirkətlər arasında imzalanmış memorandum çərçivəsində hazırda texniki-iqtisadi əsaslandırma və layihə işləri həyata keçirilir və artıq ilkin nəticələr də alınıb.

«Mart ayında texniki-iqtisadi əsaslandırma hazır olacaq və sonrakı aylarda işlərə başlayacağıq. Bizim Bakının qaz təchizatını yaxlışadırmağa imkanımız var, amma təchizatçı şirkətlər çatdıra bilmirlər», - deyə R.Abdullayev vurğulayıb.

ARDNŞ prezidentinin sözlərinə görə, təkcə Bakı şəhərinin qaz təsərrüfatını normalaşdırmaq üçün 1 470 km boru kəmərinin çəkilməsi, 2 600 qazpaylayıcının qurulması tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR