Bank Of Baku

Azərbaycan qaz təchizatı şəbəkəsinin tam modernləşdirilməsinə 4 mlrd. manat sərmayə yatıracaq

Azərbaycan qaz təchizatı şəbəkəsinin tam modernləşdirilməsinə 4 mlrd. manat sərmayə yatıracaq
# 02 fevral 2010 12:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan daxilində qaz təchizatı şəbəkəsinin tam şəkildə müasirləşdirilməsinə 4 mlrd. manata yaxın investisiya yatırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, hazırda müzakirə olunan proqram çərçivəsində ölkə ərazisinin 95% qazlaşdırılması və qaz sisteminin müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Hazırda proqramın investisiya mənbələri öyrənilir.

«Burada ARDNŞ-in imkanları, qazdan yığılan vəsait və s. istifadə oluna bilər», - deyə R.Abdullayev vurğulayıb.

Qeyd edək ki, «Azəriqaz» İB 2009-cu ilin iyul ayının 1-də dövlət başçısının sərəncamı ilə ARDNŞ-in tabeçiliyinə verilmiş «Azəriqaz» QSC-nin bazasında yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR