Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yanvarda dizel yanacağının ixracını 55% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti yanvarda dizel yanacağının ixracını 55% artırıb
# 02 fevral 2010 14:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin yanvar ayında 10 543 ton avtomobil benzini, 151 978 ton dizel yanacağı, 8 218 ton təyyarə yanacağı ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Yanvar ayında avtomobil benzininin ixracı 2009-cu ilin dekabr ayı ilə müqayisədə 10,1% azalıb, dizel yanacağının həcmi 54,5%, təyyarə yanacağının həcmi isə 29,7% artıb.

Yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 704,36 dollar, təyyarə yanacağının – 661,39 dollar, dizel yanacağının – 620,56 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 461,46 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR