Bank Of Baku

Türk nazir: «Azərbaycanla Türkiyə arasında «Şahdəniz» məsələsində anlaşılmazlıq yoxdur»

Türk nazir: «Azərbaycanla Türkiyə arasında «Şahdəniz» məsələsində anlaşılmazlıq yoxdur»
# 03 fevral 2010 03:31 (UTC +04:00)
Bakı-APA. Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız Azərbaycan ilə «Şahdəniz» yatağı məsələsində «bizim fikrimizcə problem yoxdur», deyə bildirib.

«2008-ci il aprelin 15-dən biz Azərbaycandan normal sayıla bilməyən bir qiymətlə qaz almamışıq. Biz məqbul qiymətlə qaz alacağımızı açıqladıq, bunun ictimaiyyətə bildirdik və azərbaycanlı qardaşlarımıza bəyan etdik. Bu qiymətin mütləq hər iki tərəf üçün məqbul bir qiymət olmasını biz də istəyirik. Azərbaycandan aldığımız qazın qiyməti artırılarsa belə, təxmin olunan rəqəmləri əvvəlcədən hesablarımıza daxil etdiyimiz üçün bizim üçün bu məsələdə sürpriz bir şey yoxdur. Bizim verdiyimiz qiymətin uyğun olduğunu azərbaycanlılar da söylədilər. Biz həm özümüzə, ölkəmizin mənfəətləri uyğun olan, həm də Azərbaycana uyğun gələ biləcək bir qiyməti təklif etmişdik. Yəni bir tərəfi deyil, iki tərəfi də razı sala biləcək bir qiymətdən söhbət gedir».

APA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, nazir Türkiyənin Azərbaycandan alacağı qazın «məqbul» qiymətini açıqlamayıb. O həmçinin ödəmənin tərəflər arasında anlaşma imzalandıqdan sonra həyata keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR