Bank Of Baku

«Bakıelektrikşəbəkə» fevralın 5-dən borclu abonentlərin işığını kəsəcək

«Bakıelektrikşəbəkə» fevralın 5-dən borclu abonentlərin işığını kəsəcək
# 03 fevral 2010 09:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC fevralın 5-dən borclu abonentlərin enerji təchizatını dayandıracaq. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyəti bəyan edib ki, borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı fevralın 5-də saat 15:00-dan etibarən müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.

Məlumatda o da bildirilib ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet sayt (www.bes.az) vasitəsilə onlayn rejimdə həyata keçirilə bilər.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonuun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 700 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR