Bank Of Baku

Rusiyada penoplast qadağan oluna bilər

Rusiyada penoplast qadağan oluna bilər
# 03 fevral 2010 11:43 (UTC +04:00)
Bakı – APA-Economics. Tikinti materialı kimi istifadə olunan penoplast Rusiyada qadağan oluna bilər.

APA-Economics”in Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb ötən ilin dekabrında Permdə “Xromaya loşad” klubunda baş verən və 155 nəfərin ölümünə səbəb olan yanğın hadisəsidir.

Artıq Rusiyanın bir sıra regionlarında, o cümlədən Orenburqda penopolistiroldan (penoplastdan) istifadə qadağan olunub. Permdəki klubda baş verən yanğının geniş yayılmasına və kütləvi insan tələfatına səbəb kimi “Xromaya loşad”ın tikintisində penoplastdan həddən artıq istifadə olunması göstərilir.

Rusiyada penoplast bazarı 6,5 mlrd. rubl həcmində qiymətləndirilir. Bu isə o deməkdir ki, penoplast qadağan olunarsa, yerli kimya sənayesi bundan böyük ziyan görəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR