Bank Of Baku

Aleksandr Xetaquri: “Gürcüstan Azərbaycan qazını Rumıniyaya ötürməyə hazırdır”

Aleksandr Xetaquri: “Gürcüstan Azərbaycan qazını Rumıniyaya ötürməyə hazırdır”
# 03 fevral 2010 15:10 (UTC +04:00)
Dmanisi. Nizami Məmmədzadə - APA. Gürcüstanın energetika naziri Aleksandr Xetaquri maye qazın sıxılaraq Rumıniyaya satılması təklifinə münasibət bildirib.

Nazir APA-nın Gürcüstan bürosuna açıqlamasında qeyd edib ki, yanvarın 13-də keçirilən enerji konfransı çərçivəsində Rumıniya Azərbaycan qazının Azərbaycan-Gürcüstan-Rumıniya tranzit yolu ilə nəql edilməsini təklif edib.

“Rumıniya və Azərbaycan hazırda bu layihə üzərində birgə işləyirlər. Onlar müqavilə bağlamalıdırlar. Bundan sonra “SOCAR-Gas” öz qazını satmağa başlayacaq. Biz tranzit ölkə kimi buna hazırıq. Bu məsələdə hər şey Azərbaycan-Rumıniya arasında aparılan danışıqların gedişindən asılıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR