Bank Of Baku

Azərbaycan Türkiyəyə Gürcüstan vasitəsilə elektrik enerjisi ötürəcək

Azərbaycan Türkiyəyə Gürcüstan vasitəsilə elektrik enerjisi ötürəcək
# 03 fevral 2010 15:56 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Tezliklə Azərbaycanın Türkiyəyə birbaşa elektrik enerjisi ötürmə imkanı olacaq. Bu barədə APA-nın yerli bürosuna Gürcüstanın energetika naziri Aleksandr Xetaquri məlumat verib.

Onun sözlərinə görə, layihəni həyata keçirmək üçün artıq Gürcüstan tərəfi işə başlayıb. nazir qeyd edib ki, artıq Gürcüstan və Türkiyə arasında yüksək gərginlikli elektrik xəttinin tikintisinə başlanılıb: “500 kilovoltluq bu xətt 1000 meqavatlıq elektrik enerjisini ötürmək qabiliyyətinə malik olacaq. Xəttin tikintisi 2012-ci ilin may ayına qədər sona çatacaq. Biz “Azərenerji” ilə razılaşmışıq ki, 2011-ci ilin axırına kimi Azərbaycan və Gürcüstanı birləşdirəcək yüksək gərginlikli xətt reabilitasiya olunub yenidən tikilsin. Bu xəttin də gücü 500 kilovolt olacaq. Həmin xətt Qardabanidən keçəcək. Bununla Azərbaycanın Türkiyəyə birbaşa elektrik enerjisi ötürmə imkanı olacaq. Bu layihə neft və qazdan sonra Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi üzrə üçüncü əhəmiyyətli layihə olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR