Bank Of Baku

“Petkim” şirkəti 200 texniki işçini işə götürülüb

“Petkim” şirkəti 200 texniki işçini işə götürülüb
# 04 fevral 2010 08:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. “Petkim” və Türkiyə İş Qurumunun birgə dəstəyi ilə həyata keçirilmiş “İstihdam Garantili İş Gücü Yetiştirme Programı” çərçivəsində. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən “Petkim”in baş direktoru Mehmet Hayati Öztürk «SOCAR-TURCAS» alyansının Türkiyədə gerçəkləşdirdiyi layihələrdən danışıb. Şirkət nümayəndəsi vurğulayıb ki, bölgə əhalisinin sosial rifah halının yaxşılaşdırılması məsələlərinə diqqət yetirən alyans gələcəkdə də bu istiqamətdə mühüm tədbirlər həyata keçirəcək.

Türkiyə İş Qurumunun İzmir vilayəti üzrə rəhbəri Süleyman Boyacıoğlu, Ege Universitetinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsinin dekanı professor Haluk Soyuer, “Petkim”in İdarə Heyətinin üzvü Kənan Yavuz, İzmir valisinin müavini Ardahan Totuk «SOCAR-TURCAS» alyansı tərəfindən hazırlanan yaxın və uzun müddətli layihələrin Azərbaycan-Türkiyə əlaqələrinin yaxşılaşdırılmasında önəmli olduğunu vurğulayıblar.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək, «SOCAR-Turcas-İnjaz» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR