Bank Of Baku

«Azərenerji» AzİES-İmişli elektrik verilişi xəttinin tikintisi ilə bağlı hazırlıq işlərinə başlayıb

«Azərenerji» AzİES-İmişli elektrik verilişi xəttinin tikintisi ilə bağlı hazırlıq işlərinə başlayıb
# 04 fevral 2010 10:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərenerji» ASC «Azərbaycan» İstilik Elektrik Stansiyası (İES)-İmişli (AzİES-İmişli) elektrik verilişi xəttinin (EVX) tikintisi ilə əlaqədar hazırlıq işlərinə başlayıb. Bu barədə «APA-Economics»ə Almaniya İnkişaf Bankının (KfW) Bakı nümayəndəliyinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda stansiyanın tikintisi üçün lazımi avadanlıqların alınması, müvafiq dirəklərin hazırlanması kimi işlərə başlanılıb: «Tikinti işlərinə hələ başlanmasa da, avadanlıqların alınması həyata keçirilir».

N.Abdullayev onu da qeyd edib ki, KfW tərəfindən stansiyanın tikintisi üçün ayrılan 30 mln. avro məbləğində kredit işlər üçün tam kifayət edəcək, lakin lazım gələrsə Azərbaycan hökuməti dövlət büdcəsindən əlavə vəsait ayıracaq.

Qeyd edək ki, layihənin texniki məsləhətçisi rolunda «Decon Consult/Fichner» konsorsiumu çıxış edir. Layihəyə 195 km-lik EVX-nin çəkilməsi və gücü 300 kV olan yarımstansiyanın inşasını nəzərdə tutur. Bu işlərin həyata keçirilməsi üçün KfW Azərbaycan hökumətinə ilk iki ili güzəştli olmaq şərti ilə 12 il müddətinə 30 mln. avro həcmində kredit ayırıb.

Xatırladaq ki, KfW həmçinin, Goranboyda yeni yarımstansiyanın tikintisini maliyyələşdirmək niyyətindədir. Bundan başqa, bərpa edilən enerji mənbələrinin inkişafı layihəsi çərçivəsində Azərbaycanda kiçik su elektrik və külək stansiyalarının tikintisi üçün kreditin ayrılması imkanlarına baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR