Bank Of Baku

Bu ilin yanvar ayı ərzində ARDNŞ 10 463 metr qazma işi həyata keçirib

Bu ilin yanvar ayı ərzində ARDNŞ 10 463 metr qazma işi həyata keçirib
# 04 fevral 2010 13:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 10 463 metr qazma işi həyata keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Bu sahədə görülmüş işlərin 9 803 metri istismara, 660 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, qazma işlərinin həcmi 2009-cu ilin yanvar ayı ilə müqayisədə 57,8% azalıb. Ötən ilin ilk ayında ARDNŞ tərəfindən 16 513 metr qazma işləri həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR