Bank Of Baku

Azərbaycan paytaxtının bəzi rayonlarının işığı tamamilə kəsilib

Azərbaycan paytaxtının bəzi rayonlarının işığı tamamilə kəsilib
# 05 fevral 2010 09:05 (UTC +04:00)
Bununla yanaşı, Bənəqədi və Sabunçu rayonlarının enerji təchizatı qismən dayandırılıb. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-dən məlumat verilib.

ASC-dən bildirilib ki, istehlakçıların enerji ilə təchizatında müşahidə olunan fasilələr əsas istehsalçı olan «Azərenerji» ASC tərəfindən elektrik enerjisinin Bakı şəhərinə verilməsində yaranmış problemlərlə bağlıdır. Hazırda bütün paytaxt ərazisində işıqsız qalmış yaşayış massivlərinin enerji təchizatının bərpa edilməsi üçün intensiv iş aparılır.

«Dünən axşam saatlarından «Bakıelektrikşəbəkə» gücləndirilmiş iş rejiminə keçib, yarana biləcək problemlərin həlli üçün qabaqcadan ehtiyatlar yaradılıb. Havanın kəskin pisləşməsi ilə əlaqədar elektrik xətlərdə artıq yüklənmələr və bunun nəticəsində açılmlar müşahidə olunur. Lakin ciddi qəza hadisələri qeydə alınmayıb», - deyə ASC-dən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR