Bank Of Baku

Azərbaycan sənaye və energetika nazirinin müavini Polşanın xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan sənaye və energetika nazirinin müavini Polşanın xarici işlər nazirinin müavini ilə görüşüb
# 29 iyun 2010 13:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan sənaye və energetika nazirinin müavini Natiq Abbasov Bakıda səfərdə olan Polşanın xarici işlər nazirinin müavini Pavel Voyçieçovski ilə görüşüb. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Odessa-Brodı-Plotsk-Qdansk layihəsi üzrə əməkdaşlığın perspektivlərinə də toxunulub. Azərbaycan və Polşanın bu layihədə fəal əməkdaşlıq etdiyi qeyd olunub.

Daha sonra Polşa şirkətləri sənaye və neftlə çirklənmiş ərazilərin təmizlənməsində istifadə olunan «yaşıl texnologiya»ların təqdimatını keçiriblər. Bu sahədə tərəflər arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR