Bank Of Baku

«SOCAR-Turcas» Birgə Müəssisəsi Türkiyədə neft emalı zavodunun inşası üçün lisenziya alıb

«SOCAR-Turcas» Birgə Müəssisəsi Türkiyədə neft emalı zavodunun inşası üçün lisenziya alıb
# 29 iyun 2010 15:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyədə fəaliyyət göstərən «SOCAR-Turcas» Birgə Müəssisəsi tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilməsi planlaşdırılan yeni neft emalı zavodu layihəsi ilə əlaqədar işlər növbəti mərhələyə keçib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) bununla əlaqədar «SOCAR-Turcas» Birgə Müəssisəsinə müvafiq lisenziya verib. Lisenziyanın alınması üçün quruma 2008-ci ilin dekabrında müraciət edilib.

Qeyd edək ki, İzmirdə inşa ediləcək zavod ildə 10 mln. ton emal gücünə malik olacaq. Yeni zavodun tikintisi dövründə burda 7-10 min, fəaliyyətə başladıqdan sonra isə 1 000 nəfər çalışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR