Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Suriyanın neft və mineral ehtiyatlar naziri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Suriyanın neft və mineral ehtiyatlar naziri ilə görüşüb
# 30 iyun 2010 06:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Suriyanın neft və mineral ehtiyatlar naziri Sufian əl-Alao ilə görüşüb. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Sufian əl-Alao ARDNŞ və «Syrian Petroleum Company» şirkəti arasında əməkdaşlıq üçün geniş imkanlar yarandığını qeyd edib. Suriyanın Azərbaycan qazının alqı-satqısına dair müqavilənin tezliklə imzalanmasında maraqlı olduğunu nəzərə çatdıran nazir həmçinin ARDNŞ ilə karbohidrogenlərin axtarışı, kəşfiyyatı və istismarı, neft məhsullarının tədarükü, habelə neft avadanlıqlarının alqı-satqısı istiqamətləri üzrə əməkdaşlığa maraq göstərdiklərini vurğulayıb.

Hazırda Suriyanın neft-qaz sektorunda vaxtilə Bakıda təhsil almış mütəxəssislərin üstünlük təşkil etdiyini qeyd edən Sufian əl-Alao mütəxəssislərin mübadiləsi, kadr hazırlığı sahələrində də əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə Azərbaycan təbii qazının Suriyaya nəql edilməsi perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR