Bank Of Baku

Azərbaycanla Suriya arasında təbii qazın alqı-satqısına dair 20 illik razılaşma əldə olunub

Azərbaycanla Suriya arasında təbii qazın alqı-satqısına dair 20 illik razılaşma əldə olunub
# 30 iyun 2010 08:50 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan-Suriya hökumətlərarası komissiyasının həmsədri, Suriyanın neft və mineral ehtiyatlar naziri Sufian əl-Alao bildirib.

Sufian əl-Alaonun sözlərinə görə, tərəflər arasında təbii qazın alqı-satqısına dair 20 illik razılaşma əldə olunub. Bu razılaşmaya əsasən Suriya Azərbaycandan ildə 1-1,5 mlrd. kubmetr təbii qaz idxal edəcək.

«Qazın qiyməti formula ilə müəyyən olunacaq. ARDNŞ ilə əldə olunmuş razılaşma hər iki tərəfi razı salır» - deyə nazir vurğulayıb.

Nazir onu da əlavə edib ki, təbii qaz Suriyaya Gürcüstan və Türkiyə ərazisindən tranzit keçməklə ötürüləcək. Gələcəkdə isə ehtiyac yaranarsa, Suriyadan digər ölkələrə nəqli mümkündür.

Suriyalı nazir onu da qeyd edib ki, Azərbaycan təbii qazının Suriyaya ixracı Türkiyə və Suriya arasında qaz kəmərlərinin birləşdirilməsindən sonra, 2011-ci ilin ortalarında mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR