Bank Of Baku

İlkin Bağırov: «Azqazservis»in ləğvi ilə balğı məlumatlar əsassızdır»

İlkin Bağırov: «Azqazservis»in ləğvi ilə balğı məlumatlar əsassızdır»
# 30 iyun 2010 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda abunəçilər tərəfindən istehlak olunan qaza görə ödənişlərin yığımını həyata keçirən «Azqazservis» MMC-nin ləğv olunması ilə balğı yayılan məlumatlar əsassızdır.

«Azqazservis» MMC-nin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri İlkin Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi ilə şirkət arasında 2010-cu ilin fevral ayında imzalanmış müqavilədən sonra ölkədə qazın istehlak haqqının yığılması və texnoloji proseslərin aparılması (sayağacların quraşdırılması və s.) kimi işlərdə yüksək nəticələr əldə olunub. Belə ki, 2010-cu ilin fevral-may ayları ərzində ölkə üzrə «mavi yanacağın» istehlak haqqının yığımı 90%-ə, təkcə may ayında isə 103%-ə çatdırılıb: «Bunun nəticəsində, dövlət büdcəsinə fevral-may aları ərzində 88 mln. manat vəsait köçürülüb».

İ.Bağırov onu da qeyd edib ki, texniki işlərin yerinə yetirilməsi, həmçinin müvafiq avadanlıqların alınması üçün «Azqazservis» MMC tərəfindən 4 mln. manat məbləğində sərmayə yatırılıb.

Son vaxtlar «Azqazservis» MMC-nin ləğvi ilə bağlı yayılan məlumatlara gəldikdə isə, şirkət rəsmisi qeyd edib ki, bununla bağlı yayılan şayiələr əsasızdır.

Qeyd edək ki, hazırda Azərbaycanda 1,250 mln. qaz abonenti mövcuddur və onlardan təxminən 700 min nəfəri Bakı şəhərinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR