Bank Of Baku

Bu il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatının 80% artacağı gözlənilir

Bu il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatının 80% artacağı gözlənilir
# 01 iyul 2010 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunda neft hasilatının 80,3%, o cümlədən Azərbaycanın mənfəət neftinin hasilatının 2006-ci ilə nisbətən 6,3 dəfə artacağı proqnozlaşdırılır.

Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2006-ci ildə AÇG üzrə hasilatın həcmi 23,3 mln. ton, Azərbaycanın mənfəət neftinin həcmi isə 4,6 mln. ton təşkil edirdisə, artıq 2010-cu ilin sonuna bu göstəricilərin müvafiq olaraq 42 mln. ton və 29 mln. ton (69%) təşkil edəcəyi gözlənilir. Nəticədə, son 5 il ərzində AÇG üzrə ümumi neft hasilatı 80,3%, mənfəət neftinin hasilatı isə 6,3 dəfə artacaq.

Ötən illə müqayisədə 2010-cu ilin sonuna AÇG üzrə neft hasilatı 4,5%, Azərbaycanın mənfəət neftinin isə 6,6% artacağı gözlənilir.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR