Bank Of Baku

Sumqayıtda yeni qaz xətləri çəkilib

Sumqayıtda yeni qaz xətləri çəkilib
# 05 iyul 2010 08:58 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Cari ilin may-iyun ayları ərzində Sumqayıt şəhərində Corat qəsəbəsinin, eyni zamanda şəhərin Çerkassı küçəsinin təbii qazla tam təmin edilməsi məqsədilə yeni qaz xətləri çəkilib.

APA-Economics”in xəbərinə görə, şəhərin Çerkassı küçəsində və 12-ci mikrorayon ərazisində 315 mm diametrli 1800 p/metr uzunluğunda yeni qaz xətti quraşdırılıb. Corat qəsəbəsinin 2-ci məhəlləsində çəkilmiş yeni qaz xətti isə müxtəlif diametrli 3700 p/metr uzunluğundadır.

Qeyd edək ki, yeni qaz xətlərinin çəkilişi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR