Bank Of Baku

İranda iki yeni qaz yatağı kəşf olunub

İranda iki yeni qaz yatağı kəşf olunub
# 06 iyul 2010 08:16 (UTC +04:00)
Bakı - APA-Economics. İranda iki yeni qaz yatağı kəşf olunub. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə İranın neft naziri Məsud Mirkazımi açıqlama verib.

İki yeni yatağın məcmu qaz ehtiyatları 800 mlrd. kubmetr təşkil edir. Onlardan biri - “Foruz” yatağı Fars körfəzində, Kiş adasının yaxınlığında yerləşir. Bu yataqdan gündəlik qaz hasilatı 70 mln. kubmetr təşkil edə bilər. İranın şimal-şərqində yerləşən ikinci yataqdan gündəlik hasilat isə 4 mln. kubmetr həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, İran qaz ehtiyatlarına görə dünyada Rusiyadan sonra ikinci yeri tutur. Ötən ilin əvvəlinə İranın qaz ehtiyatları 29,6 trln. kubmetr təşkil edib.

Cari ilin fevral ayında ölkənin ən böyük qaz yatağı olan “Xalqan” kəşf olunub. Perspektivdə onun gündəlik hasilatı 50 mln. kubmetrə çata bilər. Yatağın qaz ehtiyatı 80 mlrd. dollar həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR